22 avqust 2023 at 13:13
Jurnalist kodu: 5487
Xəbər kodu: 85206892
T T
0 Persons

Tags

Ermənistan MN: Bakı yalan məlumat yayır

22 avqust 2023 at 13:13
Xəbər kodu: 85206892
Ermənistan MN: Bakı yalan məlumat yayır

Tehran - İRNA - Ermənistanın Müdafiə Nazirliyi bazar ertəsi bu ölkənin sərhəddəki postlarına atəş açılması ilə bağlı Azərbaycanın iddiasını rədd edib.

“News Armenia” Xəbər Agentliyinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi bildirib: “Azərbaycan Respublikası yalan məlumat yayıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bazar ertəsi səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələrinin bu ölkənin sərhədinin şərqində yerləşən döyüş postlarını atəşə tutması ilə bağlı bəyanatı reallığı əks etdirmir.”

“AZƏTAC”-ın verdiyi xəbərə əsasən, Azərbaycan Respublikası MN-nin yaydığı məlumatda bildirilir ki, bazar ertəsi Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Qalakənd və Novoivanovka və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atəşə tutub.

MN vurğulayıb ki, bundan başqa, erməni silahlı dəstələri Azərbaycan ordusunun mövqeləri qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər və ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Sizin rəyiniz

You are replying to: .